Göyçayda avtomobil 17 yaşlı oğlanı vurub

Göyçayda avtomobil 17 yaşlı oğlanı vurub
# 10 noyabr 2017 13:09 (UTC +04:00)

Göyçayda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Göyçay şəhərinin M. Hüseynzadə küçəsində qeydə alınıb. Rayon sakini Asif Mirzəyev idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili ilə yolu keçən piyada, Göyçay şəhər sakini, 2000-ci il təvəllüdlü Əhmədov Şahkərəm Samir oğlunu vurub.

Ş. Əhmədov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub. Faktla bağlı Göyçay rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR