Prezident Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarını təltif edib

Prezident Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarını təltif edib
# 10 noyabr 2017 15:16 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə və ölkənin ictimai-siyasi həyatında səmərəli fəaliyyətlərinə görə Mərkəzin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib:

Paşayeva Gülşən Məmmədəli qızı

Allahyarova Tahirə Bəkir qızı

Vəliyev Cavid İsmayıl oğlu

Məhəmmədi Məsiağa Əhməd oğlu

Sadıxov İsmayıl Ənvər oğlu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR