Bakıda qarajdan xeyli miqdarda pul oğurlanıb.
APA-nın məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yaşayan Raya Əliyeva polisə müraciət edərək özünə məxsus qarajdan 15 min manat pul oğurlandığını bildirib.
Daxil olan məlumat əsasında araşdırmalara başlanıb.