Rusiyada binanın qismən uçması nəticəsində ölənlərin sayı 7-yə çatıb

Rusiyada binanın qismən uçması nəticəsində ölənlərin sayı 7-yə çatıb
# 10 noyabr 2017 20:41 (UTC +04:00)

Rusiyanın İjevsk şəhərində 9 mərtəbəli yaşayış binasının bir blokunun tamamilə uçması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

APA-nın “RT”yə istinadən verdiyi xəbərə görə, bu gün dağıntılar altından daha 2 nəfərin meyiti çıxarılıb.

Hadisə qaz sobasının partlaması səbəbindən baş verib.

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR