İmişlidə mal-qara oğurluğu edən qadın saxlanılıb

İmişlidə mal-qara oğurluğu edən qadın saxlanılıb
# 10 noyabr 2017 20:58 (UTC +04:00)

İmişlidə iribuynuzlu heyvan oğurlayan kənd sakini saxlanılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, noyabrın 4-nə keçən gecə İmişli rayonunun Qaradonlu kəndinin otlaq sahəsindən kənd sakini, Camal Heydərova məxsus 4 baş inək oğurlanıb.

İmişli rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı iribuynuzlu inəkləri oğurlamaqda şübhəli bilinən Qaradonlu kənd sakini Asya Mehbalıyeva şübhəli şəxs qismində saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR