Trans-Sakit Okean Əməkdaşlığı layihəsi ABŞ-sız davam edəcək

Trans-Sakit Okean Əməkdaşlığı layihəsi ABŞ-sız davam edəcək
# 11 noyabr 2017 02:53 (UTC +04:00)

Trans-Sakit Okean Əməkdaşlığı (TTP) layihəsi ABŞ-sız fəaliyyətini davam etdirəcək.

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə quruma üzv ölkələrin ticarət nazirləri razılığa gəliblər. Məlumata əsasən, görüşdə 11 ölkənin tərəfdaşlığının əsas elementlərinə dair razılığa gəlinib. Görüş Vyetnamın Dananq şəhərində, Asiya Sakit Okean Ölkələri Əməkdaşlıq təşkilatı (APEC) sammiti çərçivəsində keçirilib.

2016-cı ilin əvvəlində 12 ölkənin iştirakı ilə imzalanan Trans-Sakit Okean Tərəfdaşlığına dair saziş Asiya və Sakit Okean regionunda geniş azad ticarət zonasının yaradılmasını, müxtəlif mal və xidmətlərə gömrük rüsumunun ləğvini nəzərdə tuturdu. Sənəd Avstraliya, Bruney, Vyetnam, Kanada, Malayziya, Meksika, Yeni Zelandiya, Peru, ABŞ, Sinqapur, Çili və Vyetnam tərəfindən imzalanmışdı.

Qeyd edək ki, dünya iqtisadiyyatının 40 faizi və dünya ticarətinin 1/3 hissəsi Sakit okean ölkələrinin payına düşür. Donald Tramp prezident seçiləndən dərhal sonra TPP sazişini təhlükəli adlandıraraq, layihənin həyata keçirilməsinə qarşı çıxış edib. O, Çinin qeyd olunan sazişdən istifadə edəcəyini və layihədən daha çox qazanacağını bildirib. 2017-сi ilin yanvarında Donald Tramp ölkəsinin Trans-Sakit Okean Tərəfdaşlığından (TPP) çıxmasına dair fərman imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR