DİN Bakıda baş vermiş yanğın barədə məlumat yayıb, polis mayoru xəstəxanaya yerləşdirilib

DİN Bakıda baş vermiş yanğın barədə məlumat yayıb, polis mayoru xəstəxanaya yerləşdirilib
# 11 noyabr 2017 09:41 (UTC +04:00)

DİN Bakıda dünən yaşayış binasında baş vermiş yanğın hadisəsi barədə məlumat yayıb.

APA-nın xəbərinə görə, nazirliyin məlumatında bildirilir ki, noyabrın 10-da saat 21.55 radələrində Binəqədi rayonunun F.Məlikov küçəsindəki binalardan birinin girişindəki elektrik lövhəsində qısaqapanmadan yanğın baş verib. Nəticədə 24 metr kabel yanıb. FHN-in Yanğından Mühafizə Xidməti və polis əməkdaşları tərəfindən 40 nəfər təxliyyə olunub, tüstüdən zəhərlənən 2 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis mayoru Gülaga Seyidov isə DİN-in Hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR