Şimali Koreya ABŞ-a nüvə zərbəsi endirməyə hazır olduğunu Rusiyaya bildirmişdi

Şimali Koreya ABŞ-a nüvə zərbəsi endirməyə hazır olduğunu Rusiyaya bildirmişdi
# 11 noyabr 2017 17:58 (UTC +04:00)

Oktyabrda Rusiyada səfərdə olmuş Şimali Koreyanın nümayəndə heyətinin prezident Vladimir Putinə təqdim etdiyi məktubda Pxenyanın ABŞ-a nüvə zərbəsi etdirməyə hazır olduğu bildirilib.

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə adı açıqlanmayan mənbə bildirib.

“Valentina Matviyenko (Rusiya Federasiya Şurasının spikeri-red.) vasitəsi ilə Vladimir Putinə çatdırılan məktubda Pxenyanın ABŞ-a nüvə zərbəsi etdirməyə hazır olduğu qeyd olunub. Amerika tərəfi həmin məktub barədə məlumatlandırıldıqdan sonra Vaşinqtonun KXDR-ə dair mövqeyi dəyişdi”, - deyə mənbə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR