"Azəriqaz" abonentlərinin sayını açıqlayıb

"Azəriqaz" abonentlərinin sayını açıqlayıb
# 13 noyabr 2017 08:48 (UTC +04:00)

2017-ci ilin yanvar-oktyabr ayları ərzində SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 73719 yeni abonent qeydiyyata alınıb.


"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, bunun 37789-u Bakı, Abşeron və Sumqayıt, 35930-u isə regionlar üzrədir.

Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 mln. 77,503 min nəfərə çatıb.

Onu da qeyd edək ki, 1 noyabr 2017-ci il tarixə olan məlumata görə qeyri-əhali sektoru üzrə 457 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR