Hasilat Sənayesində Şəffaflıq hesabatının hazırlanması üzrə işçi qrupun iclası keçirilib

Hasilat Sənayesində Şəffaflıq hesabatının hazırlanması üzrə işçi qrupun iclası keçirilib
# 13 noyabr 2017 14:34 (UTC +04:00)

13 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda hasilat sənayesində şəffaflığa dair 2016-cı il üzrə hesabatın təkmilləşdirilməsi və yekunlaşdırılması məqsədi ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın üzvləri, vətəndaş cəmiyyəti və ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrindən təşkil edilmiş İşçi Qrupun növbəti iclası keçirilib.

Bu barədə “APA-Economics”ə Azərbaycan Respublikası Dövlət Neft Fondundan məlumat verilib.

İclas zamanı İşçi Qrup üzvləri 2016-cı il üzrə HSŞ Hesabatını müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR