Atasını öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Atasını öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib
# 14 noyabr 2017 11:34 (UTC +04:00)

Şirvan Apellyasiya Məhkəməsində Astarada atasını qətlə yetirən şəxsin apellyasiya şikayətinə baxılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə Dadaşov Xəlil Fərhad oğlunun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2017-ci il mayın 8-də Astra sakini, Dadaşov Xəlil Fərhad oğlu atası, 76 yaşlı Dadaşov Fərhad Xəlil oğlunu təqaüd kartı üstündə əvvəlcə döyüb, sonra bıçaqlayıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 120.2.9, 228.4 maddələri ilə təqsirləndirilən Dadaşov Xəlil Fərhad oğlu 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR