Nalbandyan Moskvada həmsədrlərlə görüşüb

Nalbandyan Moskvada həmsədrlərlə görüşüb
# 14 noyabr 2017 13:20 (UTC +04:00)

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün Moskvada ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan “Twitter” səhifəsində yazıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həllinə dair Vyana, Sankt Peterburq və Cenevrə sammitlərində əldə edilmiş razılaşmaların həyata keçirilməsi müzakirə edilib.

Danışıqlarda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında mümkün görüşə də toxunulub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR