Bakı sakini özünə bıçaqla xəsarətlər yetirib

Bakı sakini özünə bıçaqla xəsarətlər yetirib
# 15 noyabr 2017 00:07 (UTC +04:00)

Bakının Sabunçu rayonu ərazisində bir gənc özünə bıçaqla xəsarətlər yetirib. APA-nın xəbərinə görə, hadisə Şuşa şəhərciyində baş verib. 1987-ci il təvəllüdlü Savalanov Pərviz Arzuman oğlu qarnının və başının çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilib və dərhal cərrahi əməliyyata alınıb. Hazırda vəziyyəti orta ağırdır. Baş vermiş hadisə ilə bağlı polis orqanlarına da məlumat verilib. Qardaşı Təbriz Savalanovun polisə verdiyi məlumata görə, Pərviz ailə-məişət zəminində yaranmış mübahisə zamanı bıçaqla özü-özünə xəsarətlər yetirib. Təfərrüatlar araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR