Brent markalı neftin qiyməti 61 dollara düşüb

Brent markalı neftin qiyməti 61 dollara düşüb
# 15 noyabr 2017 06:16 (UTC +04:00)

Dünya birjalarında neft ucuzlaşır.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,66 dollar və ya 1,18% azalaraq 55,04 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,84 dollar və ya 1,35% azalaraq 61,37 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR