Azərbaycan prezidenti Moldovanın daxili işlər nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan prezidenti Moldovanın daxili işlər nazirini qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 15 noyabr 2017 08:59 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Moldovanın daxili işlər naziri Aleksandr Jizdanı qəbul edib.

APA-nın məlumatına görə, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycan və Moldova hüquq mühafizə orqanları, o cümlədən Daxili İşlər nazirlikləri arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi, təcrübə mübadiləsi aparılmasının əhəmiyyəti vurğulanıb, Moldovanın daxili işlər naziri Aleksandr Jizdanın ölkəmizə səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

*** 11.07

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 15-də Moldovanın daxili işlər naziri Aleksandr Jizdanı qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR