Əvvəlki illərdə IX sinfi bitirə bilməyənlər üçün eksternat qaydasında imtahanlar keçiriləcək

Əvvəlki illərdə IX sinfi bitirə bilməyənlər üçün eksternat qaydasında imtahanlar keçiriləcək
# 15 noyabr 2017 08:27 (UTC +04:00)

Əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX) bitirə bilməyən vətəndaşlar üçün eksternat qaydasında imtahanlar keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən APA-ya bildirilib ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 13 noyabr tarixli 221 nömrəli əmrinə əsasən, eksternat imtahanları 26-27 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Qeydiyyat və sənəd qəbulu dekabrın 1-dən 20-dək Bakı Şəhəri üzrə Təhsil İdarəsində aparılacaq.

Eksternat imtahanlarında 16 yaşı tamam olmuş şəxslər iştirak edə bilərlər.

Ümumi orta təhsil proqramı üzrə eksternat qaydasında imtahanlarda iştirak üçün tələb olunan sənədlərin siyahısı və imtahan fənləri barədə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR