Moskva məhkəməsində 6 məhbus damarını doğrayıb

Moskva məhkəməsində 6 məhbus damarını doğrayıb
# 17 noyabr 2017 13:57 (UTC +04:00)

Moskva şəhər Məhkəməsində 6 məhbus şah damarlarını doğrayıb.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” məhbuslardan birinin vəkili Merab Teloyana istinadən yazıb.

M. Teloyan bildirib ki, hüquqlarını müdafiə etdiyi Umar Hacı İdrisov və daha 5 nəfər həbs qətimkan tədbirinin 2,5 ildən çox uzanmasına etiraz olaraq bu addımı atıb.

Vəkil qeyd edib ki, həmin şəxslər 2015-ci ildə həbs olunub: “İki il keçməsinə baxmayaraq, araşdırma başa çatmır və həbs müddəti uzadılır”.

Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsi faktı təsdiqləyib və xəsarət alanlara lazımi yardımın göstərildiyini bildirib.

Faktla bağlı polis araşdırma aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR