Zimbabvedə Muqabenin istefasının tələbi ilə yürüş keçirilir

Zimbabvedə Muqabenin istefasının tələbi ilə yürüş keçirilir
# 18 noyabr 2017 11:37 (UTC +04:00)

Zimbabve paytaxtında prezident Robert Muqabenin istefasının tələbi ilə yürüş keçirilir.

APA-nın "Röyters"ə istinadən verdiyi məlumata görə, yürüş iştirakçıları prezidentin iqamətgahına doğru irəliləyirlər.

Yürüşdə minlərlə şəxs iştirak edir.

Xatırladaq ki, Zimbabvedə hərbçilər 93 yaşlı Muqabeni girov götürüblər. Lakin o, istefaya getməkdən imtina edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR