Uşaq “Avroviziya” müsabiqəsinin qalibi məlum olub

Uşaq “Avroviziya” müsabiqəsinin qalibi məlum olub
# 26 noyabr 2017 18:09 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Avroviziya Uşaq Mahnı Müsabiqəsi 2017”nin qalibi məlum olub.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, Rusiyanı müsabiqədə təmsil edən Polina Boquseviç “Wings” mahnısı ilə 188 səslə birinci yeri tutub.

İkinci yerə Gürcüstan təmsilçisi Qriqol Kipşidze, üçüncü yerə isə Avstraliya təmsilçisi İzabella Klark layiq görülüb.

Müsabiqədə ümumilikdə 16 ölkə - Gürcüstan, Rusiya, Avstraliya, Albaniya, Ermənistan, Belarus, İrlandiya, İtaliya, Kipr, Makedoniya, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya və Ukrayna təmsilçiləri mübarizə aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR