Yaponiya İmperatorunun ad günü münasibətilə Bakıda ziyafət təşkil edilib

Yaponiya İmperatorunun ad günü münasibətilə Bakıda ziyafət təşkil edilib
# 05 dekabr 2017 16:23 (UTC +04:00)

Bu gün Yaponiya İmperatorunun ad günü münasibətilə Bakıda ziyafət təşkil edilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori bildirib ki, dekabrın 23-də İmperatorun 84 yaşı olur.

Bu il Yaponiya və Azərbaycan arasında diplomatik əlaqələrin 25-ci ildönümünün qeyd edildiyini vurğulayan səfir deyib ki, bu dövr ərzində iki ölkə arasındakı münasibətlər davamlı şəkildə inkişaf edib, ayrı-ayrı sahələrdə əməkdaşlıq münasibətləri inkişaf edib.

Səfir qeyd edib ki, dekabrın 1-dən Azərbaycanın ümumvətəndaş pasportunun sahibləri üçün vizanın verilməsi şərtlərinin asanlaşdırılmasına başlanılıb: "Azərbaycan və Yaponiya xalqları arasında qarşılıqlı səfərlərin artırmasını, dostluq əlaqələrinin daha da dərinləşməsini arzu edirəm".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR