Gürcüstan Azərbaycandan yanacaq idxalını azaldıb

Gürcüstan Azərbaycandan yanacaq idxalını azaldıb
# 06 dekabr 2017 09:33 (UTC +04:00)

2017-ci ilin noyabr ayında Gürcüstan Azərbaycandan 21 min ton benzin və dizel yanacağı idxal edib.

APA-nın yerli bürosunun Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinə istinadən verdiyi xəbərə görə, bu, oktyabr ayı ilə müqayisədə 3 min ton azdır.

Ötən ay Gürcüstanın neft məhsulları idxalının 22%-i Azərbaycanın payına düşüb.

Noyabr ayında Gürcüstan ümumilikdə 95,4 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da oktyabr ayı ilə müqayisədə 1,7 min ton azdır.

Qonşu ölkə Azərbaycanla yanaşı, ən çox Rusiya (30,4 min ton), Rumıniya (25,1 min ton), Bolqarıstan (6,5 min ton), Yunanıstan (6,4 min ton) və Türkmənistandan (6 min ton) qeyd olunan neft məhsullarını idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR