BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək

BMT Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək
# 06 dekabr 2017 23:41 (UTC +04:00)

ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı son bəyanatları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasında təcili iclas keçiriləcək.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin mənzil qərargahındakı diplomatik mənbə bildirib.

Məlumata əsasən, Trampın Qüdsün statusu ilə bağlı bəyanatı ilə əlaqədar 8 ölkə - Böyük Britaniya, Boliviya, Misir, İtaliya, Seneqal, Uruqvay, Fransa və İsveç təcili iclas keçirilməsi təşəbbüsü ilə çıxış edib.

İclasın dekabrın 9-da keçiriləcəyi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR