XİN: Azərbaycan şərqi Yerusəlim Fələstinin paytaxtı olmaqla, problemin iki dövlət əsasında həllinin tərəfdarıdır

XİN: Azərbaycan şərqi Yerusəlim Fələstinin paytaxtı olmaqla, problemin iki dövlət əsasında həllinin tərəfdarıdır
# 07 dekabr 2017 06:05 (UTC +04:00)

“Azərbaycan İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir”.

APA-nın xəbərinə görə, bunu KIV-in sorğusuna cavab olaraq XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Azərbaycan şərqi Yerusəlim Fələstin dövlətinin paytaxtı olmaqla məsələnin iki dövlət əsasında həllinin tərəfdarıdır: “Biz cəlb olunmuş bütün tərəfləri məsələ ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə riayət etməyə çağırırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR