“Azərbaycan İnvestisiya Şirkəti”nin auditini “Baker Tilly” aparacaq

 “Azərbaycan İnvestisiya Şirkəti”nin auditini “Baker Tilly” aparacaq
# 07 dekabr 2017 06:35 (UTC +04:00)

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin 2015-2016-cı illər üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən tərtib olunmuş maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq müstəqil auditinin həyata keçirilməsi məqsədilə xidmətlərin satınalınması üzrə keçirilən açıq tender proseduru başa çatıb.

“Azərbaycan İnvestisiya Şirkəti”ndən “APA-Economics”ə verilən məlumata görə, tender komissiyasının 27 noyabr 2017-ci il tarixli qərarı ilə “Baker Tilly Audit Azərbaycan” MMC həmin tenderin qalibi seçilib.

Sözügedən şirkətlə dekabrın 4-də satınalma müqaviləsi imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR