Vəkillər Kollegiyasına yeni sədr seçilib - YENİLƏNİB

Vəkillər Kollegiyasına yeni sədr seçilib - <span style="color: red;">YENİLƏNİB
# 07 dekabr 2017 08:35 (UTC +04:00)

Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib.

APA-nın məlumatına görə, konfransda bildirilib ki, konfransda respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən vəkil qurumlarının nümayəndələri və fərdi vəkillər, dövlət və qeyri-hökumət təşkilatları iştirak edirlər.

Daha sonra qurumun 2012-2017-ci illər ərzində fəaliyyəti ilə bağlı hesabat məruzəsi dinlənilib.

Sonra məruzə ətrafında çıxışlar olub, Vəkillər Kollegiyası Rəyasət Heyətinin fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Konfransda Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin seçkisi keçirilib. Vəkil Anar Bağırov seçkinin nəticəsinə görə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilib.

Bundan başqa, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədr müavinləri, üzvləri, Vəkillərin İntizam Komissiyasının tərkibi müəyyən edilib, komissiyanın sədri seçilib.

Toplantıda Vəkillər Kollegiyası Rəyasət Heyətinin yeni üzvləri də məlum olub. Rəyasət Heyətinə vəkillər Aydın Axundov, Pərviz Ələkbərov, Muxtar Mustafayev, Turqay Hüseynov, Fariz Məmmədov, Sima Yaqubova, Eduard Çernin, Vuqar Babayev, Azər Quliyev, Şəfayət Həsənov, Lalə Nağıyeva , Sahib Səfərov, Tural Hüseynov, Elçin Qəmbərov seçilib.

Aydın Axundov və Pərviz Ələkbərok isə VK sədrinin müavinləri seçiliblər.

Həmçinin seçkinin nəticələrinə dair protokollar, Vəkillər Kollegiyasının və vəkillik fəaliyyətini tənzimləyən bəzi sənədlərə əlavə və dəyişikliklər, habelə Vəkillər Kollegiyasının büdcəsi təsdiq olunmuşdur.

Konfransın yekununda isə Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) vitse-prezidenti Ramin Qurbanovun “Məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasında yeni yanaşma: “e-məhkəmə” informasiya sistemi” mövzusunda, həmçinin Avropa Şurasının HELP Proqramının Azərbaycanda vəkillər üzrə əlaqələndiricisi Aydın Axundovun HELP Proqramına dair təqdimatlarının keçirilməsi də gözlənilir.

Qeyd edək ki, A.Bağırov 2005-ci ildə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub. 2012-ci ildən etibarən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvüdür.

2010-cu ildən Hakimlərin Seçki Komitəsinin üzvü, 2016-cı ildən Ədliyyə Akademiyasının "Vəkillərin peşəyə buraxılış və ixtisasartırma" fakültəsinin dekan əvəzi olub.

Xatırladaq ki, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev vəzifəsindən istefa verib.

***

09.38

Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilir.


APA-nın məlumatına görə, konfransda yüzdən çox nümayəndə iştirak edir. Bu gün konfransda kollegiyaya yeni sədr seçiləcəyi gözlənilir.



Qeyd edək ki, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev vəzifəsindən istefa verib. Sədrin səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR