Sumqayıtda 47 yaşlı kişi intihar edib

Sumqayıtda 47 yaşlı kişi intihar edib
# 07 dekabr 2017 07:21 (UTC +04:00)

Sumqayıtda intihar hadisəsi baş verib.

APA-nın məlumatına görə, şəhərin Yaşıl Dərə bağlar massivində yaşayan 1970-ci il təvəllüdlü Arif Mustafa oğlu Hüseynov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR