ABŞ hökuməti xaricdəki vətəndaşlarına xəbərdarlıq edib

ABŞ hökuməti xaricdəki vətəndaşlarına xəbərdarlıq edib
# 07 dekabr 2017 09:15 (UTC +04:00)

ABŞ xaricdə yaşayan vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib.

APA-nın xəbərinə görə, ABŞ-ın Türkiyə, İordaniya, Almaniya, Böyük Britaniya, İtaliya və digər ölkələrdəki səfirliklərinin rəsmi saytlarında yerləşdirilmiş elanda bildirilir ki, Trampın Qüdslə bağlı qərarı ilə əlaqədar etraz aksiyaları keçirilə və bu aksiyalar zorakılıqla nəticələnə bilər. Bu səbəblə amerikalılar ehtiyatlı olmalıdır.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib. O, ABŞ səfirliyinin Tel Əvivdən Qüdsə köçürülməsi üçün tapşırıq verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR