Dələduzluqda təqsirləndirilən məktəb direktoruna hökm oxunub

Dələduzluqda təqsirləndirilən məktəb direktoruna hökm oxunub
# 07 dekabr 2017 10:01 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən məktəb direktoru Diləfruz Mustafayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, D. Mustafayeva barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

Qeyd edək ki, D.Mustafayeva öz ehtiyacı üçün müəllimlərin adına “KapitalBank” ASC-nin Sabirabad rayon filialından kreditlər götürüb. Lakin götürülən kreditlər ödənilməyib. Bank isə ödənişləri müəllimələrin maaşından tutmağa başlayıb. İş üzrə 50-dən çox zərərçəkmiş var.

Diləfruz Mustafayeva Sabirabadda Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbin direktoru olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR