Gürcüstanda 70 Azərbaycan vətəndaşı həbsdədir

Gürcüstanda 70 Azərbaycan vətəndaşı həbsdədir
# 07 dekabr 2017 14:25 (UTC +04:00)

Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı cari ilin oktyabr ayına əsasən 70 nəfər təşkil edir.

APA-nın yerli bürosunun Gürcüstanın Cəzaların İcrası və Probasiya Nazirliyinə istinadən verdiyi xəbərə görə, onlardan 23-ü müttəhim, 47-si isə məhkumdur. Müttəhim Azərbaycan vətəndaşlarının 22-si kişi, 1-i qadın, məhkumlar arasında isə 44-ü kişi, 3-ü qadındır. Qonşu ölkənin cəzaçəkmə müəssisələrində ümumilikdə 439 xarici ölkə vətəndaşı cəza çəkir.

Gürcüstanda həbs cəzası çəkən xarici vətəndaşlar arasında Türkiyə vətəndaşları birinci yerdədir. Cəzaçəkmə müəssisələrində 110 Türkiyə vətəndaşı var. İkinci yerdə Rusiya vətəndaşlarıdır (61 nəfər). Gürcüstanda həbs cəzası çəkən Ermənistan vətəndaşlarının sayı isə 25-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR