Şəkidə 57 yaşlı kişi intihar edib

Şəkidə 57 yaşlı kişi intihar edib
# 07 dekabr 2017 15:55 (UTC +04:00)

Şəkidə intihar hadisəsi baş verib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 06:30 radələrində Şəki rayonunun Aran kəndi ərazisində, Şəki rayon sakininə məxsus fermada qeydə alınıb. Fermanın işçisi, 1960-cı ildə Qırğızıstan Respublikasında doğulan və hazırda Şəkinin Şəki kəndində qeydiyyatda olan İsfəndiyar İsgəndər oğlu Məhərrəmovun meyiti damdan asılı vəziyyətdə aşkar edilib.

İ. Məhərrəmovun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR