XİN sözçüsü: "Kaspşikin ofisinin genişləndirilməsi prosesi substantiv danışıqlarla paralel getməlidir"

XİN sözçüsü: "Kaspşikin ofisinin genişləndirilməsi prosesi substantiv danışıqlarla paralel getməlidir"
# 28 dekabr 2017 08:07 (UTC +04:00)

"ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi məsələsi bu il ərzində müzakirə olunub. Belə bir fikirlər var və həmsədrlərin son bəyanatında da bu məqam əksini tapıb".

APA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

H. Hacıyev qeyd edib ki, Azərbaycan bu təkliflərə müsbət baxır.

"Amma bu kimi say artırılması prosesi münaqişənin həlli üçün nəzərdə tutulan substantiv və intensiv danışıqlarla paralel getməlidir", - deyə o bildirib.

Qeyd edək ki, ATƏT sədrinin şəxsi nümayəndəsi polşalı diplomat Anjey Kaspşikdir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR