Putin Sankt-Peteburqdakı partlayışı terror adlandırıb

Putin Sankt-Peteburqdakı partlayışı terror adlandırıb
# 28 dekabr 2017 08:58 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin dekabrın 27-də Sankt-Peterburq şəhərində baş vermiş partlayışı terror aktı adlandırıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, V. Putin bunu Suriyada hərbi əməliyyatlarda iştirak etmiş zabitlərlə görüşündə deyib. "Siz bilirsiniz ki, dünən Peterburqda terror aktı törədilib", - deyə o, söyləyib.

Qeyd edək ki, dekabrın 27-də Sankt-Peterburqdakı "Perekrestok" mağazasında partlayış baş verib. Nətcədə 13 nəfər yaralanıb. Hazırda yaralılardan 6 nəfəri xəstəxanada müalicə olunur. Partlayışın gücü 200 qram trotil ekvivalentində qiymətləndirilib. Təhqiqat aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR