Rusiya MSK Putinə seçki kampaniyasına başlamağa icazə verib

Rusiya MSK Putinə seçki kampaniyasına başlamağa icazə verib
# 28 dekabr 2017 13:53 (UTC +04:00)

Rusiya Mərkəzi Seçki Komissiyası Vladimir Putinə seçki kampaniyasına başlamağa icazə verib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, namizəd bu mərhələdə bankda hesab açmaq və seçki fondu yaratmaq hüququ əldə edir.

Qeyd edək ki, V. Putinin namizədliyi ölkənin tanınmış şəxsləri, mədəniyyət və incəsənət, ictimai-siyasi xadimləri, elm adamları tərəfindən yaradılmış təşəbbüs qrupu tərəfindən irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR