Mərkəzi Bank gələn il uçot dərəcəsini pozitiv zonada saxlamağa üstünlük verəcək

Mərkəzi Bank gələn il uçot dərəcəsini pozitiv zonada saxlamağa üstünlük verəcək
# 29 dekabr 2017 07:00 (UTC +04:00)

Fiskal siyasətdəki nisbi yumşalmanı nəzərə almaqla Azərbaycan Mərkəzi Bankı (AMB) 2018-ci ildə konservativ pul siyasətini davam etdirəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə AMB-nin 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilir.


Sənəddə vurğulanıb ki, bunun üçün AMB adekvat monetar şəraitin formalaşmasını təmin edəcək.

2018-ci ildə faiz dəhlizinin parametrləri iqtisadi tsikl göstəriciləri, inflyasiya riskləri balansının təhlili və maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər nəzərə alınmaqla müəyyənləşdiriləcək. Mərkəzi Bank inflyasiyanın dinamikasını və inflyasiya gözləntilərini nəzərə alaraq uçot dərəcəsinin real səviyyəsinin pozitiv zonada qalmasına üstünlük verəcək.

"Xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaq. Mərkəzi Bank milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədi ilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər", - deyə sənəddə vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR