Azərbaycanın neft-qaz ehtiyatlarının həcmi açıqlanıb

Azərbaycanın neft-qaz ehtiyatlarının həcmi açıqlanıb
# 04 yanvar 2018 07:53 (UTC +04:00)

“Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən neft-kondensat ehtiyatı 1,5 mlrd. ton, qaz ehtiyatı isə 2 trln. 550 mlrd. kubmetr həcmindədir”.

APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə “Respublika” qəzetində dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, proqnozlaşdırılan neft ehtiyatı 2 mlrd. ton, qaz ehtiyatı isə 3 trln. 450 mlrd. kubmetrdir: “Başqa sözlə, Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən karbohidrogen ehtiyatı neft ekvivalentində 4 milyard 50 milyon ton, proqnoz karbohidrogen ehtiyatı isə neft ekvivalentində 5 milyard 450 milyon tondur. Beləliklə, bizim ümumi karbohidrogen ehtiyatlarımız şərti yanacaqla 9,5 milyard ton həcmində qiymətləndirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR