“Azərenerji” dekabrda istehsal edilən elektrik enerjisinin həcmini açıqlayıb

“Azərenerji” dekabrda istehsal edilən elektrik enerjisinin həcmini açıqlayıb
# 05 yanvar 2018 09:21 (UTC +04:00)

Ötən ilin dekabr ayında “Azərenerji” ASC tərəfindən istehlakçılar tələbatlarına uyğun olaraq fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub.

Bunu “APA-Economics”ə “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı bildirib.

Onun sözlərinə görə, ötən ilin dekabr ayında istehsal edilən elektrik enerjisinin həcmi 1,9 mlrd. kV/saat olub: “Müqayisə üçün qeyd edək ki, 2016-cı ilin dekabr ayında bu rəqəm 2,2 milyard kilovat-saat təşkil edib”.

O bildirib ki, bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilib: “Azərenerji” Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planı çərçivəsində elektrik enerjisinin itkilərinin azaldılması və ötürülməsinin səmərəliliyinin yüksəldilməsi məqsədilə görülən işləri davam etdirib, eyni zamanda tabeliyində olan müəssisələrdə innovativ texnologiyalar tətbiq etməklə, enerji sisteminin modernizasiyasını diqqətdə saxlayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR