Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında İtaliyanın ATƏT-dəki sədrliyinin səylərini dəstəkləyəcək

Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında İtaliyanın ATƏT-dəki sədrliyinin səylərini dəstəkləyəcək
# 12 yanvar 2018 00:12 (UTC +04:00)

“İtaliya sədrliyinin ATƏT-in regional münaqişələrin nizamlanması üzrə səyləri davam etdirmək niyyətini tam dəstəkləyirik”. APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç təşkilatın Daimi Şurasının Vyanadakı iclasında bildirib.

“İlk növbədə bu Ukraynanın şərqindəki böhrana aiddir. Böhranın danışıqlar yolu ilə nizamlanmasında İtaliya sədrliyinin konstruktiv rol oynayacağına ümid edirik. Münaqişə tərəfləri – Kiyev, Donetsk və Luqansk arasında birbaşa danışıqların əsas formatı olan Təmas Qrupunun hərtərəfli dəstəyi gərəkdir. Minskdə əldə olunan və BMT Təhlükəsizlik Şurasının dəstəklədiyi “Tədbirlər kompleksi”nin tam icrası Donbasda sülhün bərpa olunmasının əsas açarı olaraq qalmaqdadır. Atəşkəs, silahların təmas xəttindən geri çəkilməsi, siyasi paketin tam icrası - Donbasa xüsusi statusun verilməsi, Konstitusiya islahatının aparılması, amnistiyanın elan edilməsi və yerli seçkilərin keçirilməsi təmin edilməlidir. Bundan başqa, sədrlik ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının obyektiv və qərəzsiz fəaliyyətini təmin etməlidir.

Səylər həmçinin digər münaqişə zonalarında da zəifləməməlidir. Biz Kosovo probleminin BMT TŞ-nin 1244 qətnaməsi əsasında həllində maraqlıyıq. Həmçinin Dnestryanı və Dağlıq Qarabağ nizamlanması prosesində də İtaliya sədrliyinin səylərini dəstəkləyəcəyik. Cənubi Qafqazda təhlükəsizliyə dair Cenevrə diskussiyaları çərçivəsində Gürcüstan, Abxaziya və Cənubi Osetiya arasında dialoqun dəstəklənməsində ATƏT-in rolunu yüksək qiymətləndiririk”, - deyə Aleksandr Lukaşeviç qeyd edib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR