Beyləqanda qətl törədən şəxs tutulub - YENİLƏNİB

Beyləqanda qətl törədən şəxs tutulub - <span style="color: red;">YENİLƏNİB
# 12 yanvar 2018 10:26 (UTC +04:00)

Daxili İşlər Nazirliyi Beyləqanda törədilən qətllə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 11-də Beyləqan rayon sakini Əli Bayramovun güllə yarası alması barədə DİN-in “102” Zəng Xidməti Mərkəzinə məlumat daxil olub.

Dərhal Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.

Ə. Bayramov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırmalarla müəyyən edilib ki, Ə. Bayramov Dünyamalılar kəndində həmkəndlisi Muxtar Mustafayevlə aralarında münaqişə baş verib və bu zaman M. Mustafayev Ə. Bayramov istiqamətində ov tüfəngindən atəş açmaqla onu yaralayıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Mustafayev saxlanılaraq istintaqa təhvil verilib. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng də götürülüb.

***

10.31

Beyləqan rayonunda qətl törədilib.

APA-nın məlumatına görə, rayonun Dünyamalılar kəndində kənd sakini, 1980-ci il təvəllüdlü Muxtar Yaqub oğlu Mustafayev qısqanclıq zəminində həmkəndlisi, 1991-ci il təvəllüdlü Əli Əlövsət oğlu Bayramovu odlu silahdan atəş açaraq, qətlə yetirib.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR