2017-ci ilin noyabr ayına olan məlumata əsasən Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı 68 nəfər təşkil edir.
APA-nın yerli bürosunun Gürcüstanın Cəzaların İcrası və Probasiya Nazirliyinə istinadən verdiyi xəbərə görə, onlardan 20-si müttəhim, 48-si isə məhkumdur. Müttəhimlərin 19-u kişi, 1-i qadın, məhkumların isə 45-i kişi, 3-ü qadındır.
Gürcüstanda cəzaçəkmə müəssisələrində ümumilikdə 438 xarici ölkə vətəndaşı cəza çəkir. Onların arasında Türkiyə vətəndaşları birinci yeri tutur - 117 nəfər.
Qonşu ölkədə həbsdə olan Rusiya vətəndaşlarının sayı 61, İran vətəndaşlarının sayı isə 34 nəfər təşkil edir. Gürcüstanda həbs cəzası çəkən Ermənistan vətəndaşlarının sayı 24 nəfərdir.