Bakının iki küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır

Bakının iki küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılır
# 12 yanvar 2018 09:42 (UTC +04:00)

Bakıda Təbriz və Salatın Əsgərova küçələrində hərəkət qismən məhdudlaşdırılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Təbriz küçəsində və Salatın Əsgərova küçəsinin Təbriz küçəsi ilə kəsişməsindən Azadlıq prospektinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən hissə-hissə qismən məhdudlaşdırılacaq.

“Sürücülərdən həmin istiqamətdə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR