Ötən il 5 bank və 6 şirkət “İpoteka və Kredit Zəmanət Fondu”nun müvəkkil təşkilatları siyahısına əlavə edilib

Ötən il 5 bank və 6 şirkət “İpoteka və Kredit Zəmanət Fondu”nun müvəkkil təşkilatları siyahısına əlavə edilib
# 12 yanvar 2018 11:54 (UTC +04:00)

Ötən il “İpoteka və Kredit Zəmanət Fondu” ASC tərəfindən daha 5 bank, 1 sığorta şirkəti və 6 qiymətləndirici şirkət Cəmiyyətin müvəkkil təşkilatları siyahısına əlavə edilib.

APA-Economics”in məlumatına görə, bu “İpoteka və Kredit Zəmanət Fondu” ASC-nin 2017-ci ildə fəaliyyəti ilə bağlı hesabatda öz əksini tapıb.

“Beləliklə, ipoteka krediti verən müvəkkil bankların sayı 23-ə ("Caspian Development Bank" ASC "Atabank" ASC-yə qoşulub, "Dəmirbank" ASC-nin bank lisenziyası ləğv edilmişdir), sığorta şirkətlərinin sayı 17-yə, qiymətləndirici şirkətlərin sayı isə 14-ə çatdırılıb”, - deyə məlumatda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR