Ötən il AİF 15 mln. manat mənfəət əldə edib

Ötən il AİF 15 mln. manat mənfəət əldə edib
# 12 yanvar 2018 12:06 (UTC +04:00)

2017-ci il “İpoteka və Kredit Zəmanət Fondu” ASC üçün uğurlu maliyyə nəticələri ili kimi də xarakterik olub.

Fonddan “APA-Economics”ə verilən xəbərə görə, ötən ilin sonuna 2016-cı illə müqayisədə Cəmiyyətin aktivləri (692,1 mln. manat) 1,4 dəfə artaraq 958,2 mln. manat, illik bölüşdürülməmiş mənfəəti isə (7,1 mln. manat) 2,1 dəfə artaraq 15 mln. manat təşkil edib.

2018-ci ildə İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətə başlaması, ipoteka kreditləri ilə yanaşı ölkədə sahibkarlığa verilən kreditlərə zəmanətlərin və subsidiyaların verilməsi təmin ediləcək. Yeni mexanizmin tətbiqi potensial daxili maliyyə imkanlarının bazar şərtləri ilə iqtisadi artıma yönləndirilməsinə, qeyri-neft sektorunun, sahibkarlığın dəstəklənməsinə, bank sisteminin risklərinin azaldılmasına, maliyyə vəsaitlərinin dəyərinin aşağı salınmasına xidmət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR