Azərbaycan və İsveçrə prezidentləri Davosda görüşəcəklər

Azərbaycan və İsveçrə prezidentləri Davosda görüşəcəklər
# 12 yanvar 2018 13:16 (UTC +04:00)

Bu yaxınlarda keçiriləcək beynəlxalq Davos iqtisadi forumunda Azərbaycan və İsveçrə ölkə başçılarının görüşü olacaq.


APA-nın xəbərinə görə, bunu İsveçrənin Azərbaycandakı səfiri Filip Stadler keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, forumda ABŞ prezidenti Donald Tramp, Çinin lideri və Avropa Komissiyasının prezidenti də iştirak edəcək.

Səfir əlavə edib ki, bu ilin yayında İsveçrədən rəsmi şəxslərin Bakıya səfəri gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR