Bu il quraşdırılacaq modul tipli məktəblərin siyahısı açıqlanıb

Bu il quraşdırılacaq modul tipli məktəblərin siyahısı açıqlanıb
# 12 yanvar 2018 13:29 (UTC +04:00)

Təhsil Nazirliyi 2018-ci ildə quraşdırılması nəzərdə tutulan modul tipli təhsil müəssisələrinin siyahısını açıqlayıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, bölgələrdə modul tipli 137 məktəb tikiləcək.

Modul tipli məktəblər Xaçmaz, Xızı, Quba, Şabran, Qusar, Siyəzən, İsmayıllı, Qobustan, Ağsu, Şamaxı, Oğuz, Şəki, Qəbələ, Qax, Tovuz, Ağstafa, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Ağdaş, Bərdə, Ağdam, Ağcabədi, Tərtər, Füzuli, Ucar, Zərdab, Göyçay, Kürdəmir, Saatlı, Beyləqan, Biləsuvar, Neftçala, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara, Lerik və İmişlidə inşa ediləcək.

Eyni zamanda, Xocavənd və Laçın məktəblərinin də bir neçəsi modul tipli olacaq.

2018-ci ildə quraşdırılması nəzərdə tutulan modul tipli təhsil müəssisələrinin siyahısı ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

http://edu.gov.az/upload/file/xeber/2018/01/modul-mekteb-siyahi-2018.pdf

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR