Portuqaliyada yaşayış binası yanıb, 8 nəfər ölüb

Portuqaliyada yaşayış binası yanıb, 8 nəfər ölüb
# 14 yanvar 2018 07:16 (UTC +04:00)

Bu gün Portuqaliyanın şimalında Vila-Nova-da-Rainya yaşayış məntəqəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub, 8 nəfər ölüb.

APA-nın məlumatına görə, bu barədə "TSF Radio" rəsmi mənbələrə istinadən məlumat yayıb.

Yanğın nəticəsində 34 nəfər xəsarət alıb. Yanğını söndürmək mümkün olub. Hazırda hadisə yerində xilasedicilər çalışır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR