Bu gün Əfqanıstanın şimalında 5,3 maqnitudalı zəlzələ baş verib.
APA-nın məlumatına görə, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.
Zəlzələnin ocağı Fayzabad şəhərindən 71,1 km uzaqlıqda, 204,2 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.