Beynəlxalq Boks Assosiasiyasının yeni prezidentinin seçiləcəyi tarix açıqlanıb

Beynəlxalq Boks Assosiasiyasının yeni prezidentinin seçiləcəyi tarix açıqlanıb
# 14 yanvar 2018 11:56 (UTC +04:00)

Beynəlxalq Boks Assosiasiyasının (AIBA) yeni prezidenti təşkilatın bu il noyabrda Moskvada keçiriləcək konqresində seçiləcək.

APA-nın məlumatına görə, bunu TASS-a açıqlamasında Rusiya Boks Federasiyasının baş katibi Umar Kryemlyev bildirib.

Qeyd edək ki, keçən il noyabrın 20-də AIBA prezidenti Çinq-Kuo Vu postunu tərk edib. Bundan əvvəl, iyulun 13-də isə AIBA İcraiyyə Komitəsi Çinq-Kuo Vuya etimadsızlıq göstərib. Buna səbəb təşkilatda maliyyə problemləri olub. AIBA prezidentinə postunu könüllü tərk etmək təklif edilib, ancaq o, bundan imtina edib. Oktyabrın 10-da AIBA İntizam komissiyası Çinq-Kuo Vunu postundan uzaqlaşdırıb. Hazırda AIBA prezidentinin səlahiyyətlərini təşkilatın vitse-prezidenti Franko Falçinelli icra edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR