Dağıstanda 45 min sakin işıqsız qalıb

Dağıstanda 45 min sakin işıqsız qalıb
# 14 yanvar 2018 19:06 (UTC +04:00)

Dağıstanda qeyri sabit hava şəraiti səbəbindən üç rayonun elektrik təchizatında problem yaranıb. APA-nın "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, qasırğa səbəbindən Tlyaratinski, Tsuntinski və qismən Şamilskiy rayonu (45 min nəfərədək sakin) işıqsız qalıb.

Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR