Bakıda banka basqın edən şəxs tutulub

Bakıda banka basqın edən şəxs tutulub
# 19 yanvar 2018 08:19 (UTC +04:00)

Bakı şəhərində banka basqın edən şəxs tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 18-dən Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən qorunan banklardan birinin Yasamal filialından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. İdarənin əməkdaşları dərhal operativ reaksiya göstərərək hadisə yerinə yollanıblar. Banka basqın edərək xəzinədarı bıçaqla hədələyib, pul tələb edən şəxs tərksilah edilərək saxlanılıb.

Saxlanılan şəxsdən hadisə vaxtı istifadə etdiyi bıçaq da götürülüb və o, ərazi üzrə Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə təhvil verilib. Bölmədə araşdırma aparılan zaman həmin şəxsin paytaxt sakini Nazim Məmmədov olduğu müəyyən edilib. Saxlanılan şəxsin ətrafında araşdırmalar və zəruri istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR