Almaniyada qasırğa nəticəsində ölənlərin sayı 8-ə çatıb

Almaniyada qasırğa nəticəsində ölənlərin sayı 8-ə çatıb
# 19 yanvar 2018 13:59 (UTC +04:00)

Almaniyada “Frederik” qasırğası nəticəsində ölənlərin sayı 8-ə çatıb.

APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, Hollandiya və Belçikada isə qasırğa nəticəsində üç nəfər ölüb.

Dünən başlayan və saatda sürəti 140 km olan qasırğa qərbi Almaniyada məktəblərin bağlanmasına, yüz minlərlə evin işıqsız qalmasına və dəmir yolunda problemlərin yaranmasına səbəb olub.

Almaniya dəmir yolu şirkətindən isə bildirilib ki, quruma dəyən ziyan bir neçə milyon avroya bərabərdir. Öz növbəsində Almaniya Sığorta Birliyi sığortalanmış əmlaka dəyən ziyanın təxminən 500 milyon avro olduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR